2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 656,4 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur. Foodinfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 95,8% və ya 629 mln. manat təşkil edib və istehsal 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,2% artıb. Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 27,4 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.