Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq: • Azərbaycan Respublikası Prezidentinin Administrasiyası • Azərbaycan Respubikasının Nazirlər Kabineti • Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri) • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri) • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi • Azərbaycan Respublikasının Baş Prokurorluğu • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti • Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti • Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi • Azərbaycan Respublikasının Ədliyə Nazirliyi • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi • Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti • Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları • Azərbaycan Respublikasının Mərkəzi Bankı • “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti • “Azərsu” Açıq Səhmdar Cəmiyyəti • “Azəriqaz” İstehsalat Birliyi • “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti • SOCAR • “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcəkdir.