Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 1,842 mln ABŞ dolları dəyərində 1 238,1 ton süd idxal edib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 137,12 min dollar (8,04%) çox və 87,65 ton (6,61%) azdır. 2020-ci ilin yanvar-fevral ayları ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0,10%-ni təşkil edib.