Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Foodinfo.az-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri sabit qiymətləndirilir. Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti