Bakıda mağazada oğurluq hadisəsi baş verib. Foodinfo.az "Report"a istinadən xəbərinə görə, hadisə aprelin 1-i gecə saatlarında Nərimanov rayon F.Yusifov küçəsində yerləşən mağazaların birində qeydə alınıb. Belə ki, naməlum şəxs mağazadan 454 manat dəyərində meyvə və yumurta oğurlayıb. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1985-ci il təvəllüdlü E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.