Dövrümüzün ən mühüm sağlamlıq problemlərindən biri olan xərçəngin yaranma səbəbləri arasında genetik və ekoloji amillər əsas yer tutur. Həyat tərzi və qidalanmanızda bir neçə kiçik dəyişiklik etməklə xərçəng riskini minumuma endirə, ideal çəkiyə çata və həyat səviyyənizi yüksəldə bilərsiniz. Bəzi göbələklərdə, yulaf və taxıllarda olan beta glukan xolesterinin azaldılmasına və artıq çəkilərdən xilas olmağa kömək edir. Bundan əlavə yoğun bağırsaq və mədə xərçəngi xəstəliklərindən qorunmada faydalıdır. Yulafın həftədə 2-3 dəfə müxtəlif meyvələr və qatıq ilə yeyilməsi həm immunitet sistemini, həm həzm sistemini dəstəkləməyə kömək edir. Zəncəfil yaxşı antieflamatuar, yəni orqanizmdə iltihab qoruyucudur. Bu xüsusiyyətinə görə xərçəngə qarşı qoruyucu olduğu deyilir. Toz və ya təzə halda gündəlik qidalanmada istifadə etmək olar. Qatıq, süd, ayran, pendir və kərə yağı kimi süd məhsulları aspir yağında olan konjuge linoelik asit (CLA) köklük, piylənmə, diabet və xərçəng riskini azaldır. Normadan artıq olmamaq şərti ilə istifadə olunan süd məhsulları immunitetin güclənməsinə də kömək edir. Balıqlarda bol olan Omega-3 kətan toxumu semizotu və qoz kimi bitkilərdə də vardır. Döş, yoğun bağırsaq, mədəaltı vəzi və prostat xərçənglərinin inkişaf riskini azaldır. Həftədə 2-3 dəfə balıq yemək omega-3 baxımından əhəmiyyətlidir. Balığın yumadan buğlama və qızartma şəklində yeyilməsi lazımdır. (Metbuat.az)