Elm adamları xaşın tərkibinin kollagenlə zəngin olduğunu açıqlayıblar. Türkiyəli professor Canan Karatayın sözlərinə görə, kəllə-paça yeyən insanların botoksa ehtiyacı yoxdur. Sağlam qidalanma ilə bağlı məsləhətlər verən professor yağlı quzu ətinin istənilən miqdarda yeyilə biləcəyini deyib. Onun sözlərinə görə, kəllə-paça insan sağlamlığı üçün olduqca faydalıdır: “Çoxlu xaş yeyin, çünki o, ən dəyərli qidadır. Xaş xolesterini yüksəltdiyi üçün illərlə yeyilməməsi məsləhət görüldü. Amma gördüyünüz kimi xəstəliklər yenə də var və artır. Xaşın tərkibi vücudun ehtiyacı olan təbii proteinlə zəngindir, həm də təbii kollagendir. Qadınlar gedib botoks etdirirlər. Kəllə-paça yeyən insanların botoksa ehtiyacı qalmır”. (Metbuat.az) https://www.youtube.com/watch?v=BAq8a1oyHIw