Sosial şəbəkələrdə və "whatsapp" ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Foodinfo.az-a verilən məlumata görə, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq. Yayılan iddia şayiə xarakterlidir və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır.
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti