Əgər düzgün prosedurlara və təhlükəsizlik qaydalarına riayət edilməzsə, evdə hazırlanan konservantlar bəzi hallarda təhlükəli ola bilər. 

Ev şəraitində konservləşdirmə zamanı mikroorqanizmlər, xüsusən də Klostridium botulinum kimi bakteriyalar inkişaf edə bilər. Bu bakteriya ciddi zəhərlənməyə səbəb olan botulizm toksini ifraz edir. 

Foodinfo.az bildirir ki, aşağıdakı təhlükələri və qaydaları nəzərə almaq vacibdir:

1. Sterilizasiya problemi

Evdə hazırlanan konservlər sterilizasiya edilmədikdə zərərli mikroorqanizmlər məhsulda qalaraq çoxala bilər. Bu isə zəhərlənmə və qida infeksiyalarına səbəb ola bilər.

2. Asidlik səviyyəsi

Qida məhsullarının turşuluq səviyyəsi də mühüm rol oynayır. Yüksək asidik qidalar (pomidor, meyvə şirələri) daha təhlükəsiz olur, çünki bakteriyaların çoxalması üçün əlverişli mühit yaratmır. Aşağı asidik qidalar (ət, tərəvəz) xüsusi diqqət tələb edir, çünki botulinum bakteriyası bu mühitdə daha asan inkişaf edə bilər.

3. Düzgün saxlanma

Hazırlanan konservlər düzgün temperaturda saxlanılmadıqda təhlükə yaranır. Otaq temperaturunda uzun müddət saxlanılan konservlər təhlükəli bakteriyaların çoxalmasına şərait yaradır.

4. Yanlış qablaşdırma və qapaq

Qapaqların düzgün qapanmaması və ya dəliklərin olması məhsulun havayla təmas etməsinə səbəb olur və bu da çirklənmə riskini artırır.

Evdə konserv hazırlayarkən bu təhlükələri nəzərə alaraq sterilizasiya, turşuluq və saxlanma qaydalarına diqqətlə əməl edilməlidir. Düzgün icra edildikdə isə ev konservantları təhlükəsiz hesab olunur.