Hər kəs daha ağıllı, zəkalı olmaq istəyir. Həyatınızdakı edəcəyiniz dəyişikliklərlə  zəka səviyyənizi artıra bilərsiniz. Bəs bunun üçün nələr edilməli? – Səhərlər su için. Səhərlər oyandığınız zaman su içmək dəyişikliklər yarada bilər. Bu isə beyin gücünüzə kömək edir. Ən az iki stəkan su içməlisiniz. Nəticədə yatdığınız zaman vücudunuzdakı su əksilir. – Özünüzdən daha da ağıllı hesab etdiyiniz insanlarla birlikdə vaxt keçirin. Bu, sizi daha ağıllı edəcək. Sizdən daha ağıll insanların ətrafında olmaq, fərqli düşünməyinizi təmin edəcək. – Kitab oxuyun. Bu zaman yeni məlumatlar əldə edərək beyniniz daim işləyəcək. Vaxtınızın boş keçməsinə icazə verməyin. Hər fürsətdə kitab oxuyun. – Video oyunları sizi daha ağıllı edə bilər. Tv izləmək yerinə video oyunları oynamağı sınayın. – Yaşıl çaydan istifadə edin. Yatmaq saatınız gəlmədən öncə kofeinli hansısa bir çay içmək düzgün addım deyil. Ancaq çay beyninizin funksiyalarını sürətləndirəcək. Yaşıl çayın tərkibindəki L-theanin, çalışan zaman daha ixtiracı olmağınızı təmin edəcək. Günortadan sonra duş qəbul etmək faydalıdır.  – Qidalanmağınıza isə xüsusi dəyər verin. Qoz, çuğundur, çiyələk, göyərtiləri menyunuza mütləq daxil edin.