Gürcüstanda ümumi karantin dövründə ölkə ərazisində alkoqollu içkilərin satışı müvəqqəti dayandırılıb. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, bu barədə hökumət qərar qəbul edib. Qərara əsasən şərab, digər alkoqollu içkilər və pivə satışını həyata keçirən obyektlərin fəaliyyəti qadağan edilib. Qeyd edək ki, qonşu ölkədə saat 08:00-dan ümumi karantin rejimi qüvvəyə minib. Saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunur.