Qida insanın həm maddi, həm də mənəvi aləminə güclü təsir edən amillərdəndir. Haram qida insanın həm sağlamlığına, həm də mənəviyyatına ciddi zərbə vurur. Buna görə də haram qidadan hər zaman uzaq olmaq lazımdır. Bir şəxsə haram qida hədiyyə verilibsə, ya onu tullasın, ya da - əgər heyvanların yeyə biləcəyi qidadırsa - heyvanlara versin. Əlbəttə, əti yeyilən ev heyvanlarına o qidanı verməsi düzgün deyil, it, pişik və sairə kimi heyvanları bu qida ilə yedizdirə bilər. Bəzən insanlar haram qidanı özləri yemir, amma qohum-qonşuya hədiyyə edirlər. Deyirlər ki, "onsuz da onlar halal-harama riayət etmirlər, buna görə də onlara bu ərzağı vermək olar". Bu düşüncə yanlışdır. Allahın haram buyurduqları hamı üçün qanundur. İnsan Allahın haram buyurduğu ərzağı özünə rəva görmürsə, başqasına da rəva görməməlidir.
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti