Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq. Foodinfo.az-ın məlumatına görə, bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalarda öz əksini tapıb. Qaydaya əsasən, alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətləri işə salınır. Bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlər görüləcək. Qeyd edək ki, koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalar açıqlanıb. Operativ Qərargah tərəfindən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub. Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir.