Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 8 009-a çatıb. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi Çin (3 237), İtaliya (2 503), İran (988) və İspaniyada (533) qeydə alınıb.
Qeyd edək ki, infeksiya indiyədək 167 ölkə və regionda qeydə alınıb.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Dünyada koronavirus infeksiyasına indiyədək 199 475 insan yoluxub. Virusdan sağalanların sayı 82 812 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti