Ulduz Şokolad Fabriki yeni vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, şirkət qida mühəndisi vəzifəsinə namizəd axtarır. Vakasiya ilə bağlı aşağıda tanış ola bilərsiniz. Vəzufə: Qida Mühəndisi Əsas tələblər: Qida mühəndisliyi sahəsində ali təhsil; Qida mühəndisliyi sahəsində güclü nəzəri biliklər; Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır; Rus və İngilis dili biliklərinin olması arzuolunandır. Vəzifə öhdəlikləri: Qida analizlərinin mütəmadi aparılmasının təşkil edilməsi; Reseptlərin təşkili və təmin edilməsi; İstehsal zamanı ortaya çıxan problemlərin həlli və fəaliyyətlərin fasiləsiz davamının təmin edilməsi; Gigiyena qaydalarına əməl olunması. Maraqlanan namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə aşağıdakı ünvana cv göndərmələri xahiş edilir: [email protected]