Sink kimyəvi element olaraq Zn simvolu ilə göstərilən və insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan bir mineraldır. 

Foodinfo.az xəbər verir ki, o, müxtəlif bioloji proseslərdə iştirak edir və immun sisteminin düzgün işləməsi, hüceyrə böyüməsi, zədələnmiş toxumaların bərpası və DNT sintezi kimi vacib funksiyaları dəstəkləyir.

Həmçinin maddələr mübadiləsini tənzimləməyə, insulin ifrazına kömək etməyə və zülalların istehsalını artırmağa kömək edir. 

İnsan bədəni sinki özü sintez edə bilmədiyi üçün onu qida vasitəsilə almalıdır. 

Sink çatışmazlığı immunitetin zəifləməsinə, yaraların gec sağalmasına, saç tökülməsinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.