Bəzi məhsullar var ki, onlar öz faydalı xüsusiyyətlərinə görə təzyiqi normada saxlamağa kömək edir.
Sizə bu məhsulları təqdim edirik.
1. Çuğundur
Çuğundurun tərkibində olan maddələr insan orqanizminə düşdükdən sonra burada azot oksidinə çevrilir. Azot oksidi damarları genişləndirir ki, bu da arterial təzyiqi aşağı salır.
Çuğundur həmçinin qidalı liflərlə zəngindir. Bu liflər xolesterinin səviyyəsini aşağı salmaqla ürək və damarların sağlamlığını qoruyur.
2. Mərci
Son elmi araşdırmalar göstərib ki, mərcini tez-tez istehlak edən insanların damarları bərpa olunur, periferik qan dövranı yaxşılaşır. Bunlar isə arterial təzyiqi normalaşdırmağa kömək edir.
3. İtburnu
C vitamini ilə zəngin olan itburnu damarları möhkəmləndirir, onların elastikliyini artırır, orqanizmə yüngül sidikqovucu təsir edir. Bu faydalı xüsusiyyətlərə görə itburnu təzyiqi aşağı salmağa yardım edir. (Saglamolun.az)
Son xəbərlər
- Dietoloq arıqlamaq üçün ən yaxşı tərəvəzi açıqlayıb
- Dietoloq uşaqlara verilməməsi lazım olan iki ən pis qidanın adını çəkib
- Tez arıqlamaq üçün ən təsirli məsləhətlər
- Gündə kifayət qədər su içdiyinizi necə müəyyən etmək olar?
- Qaraciyər xərçənginə səbəb ola biləcək qidalar
- Qəhvənin həddindən artıq dozasının əsas əlaməti