Qırğızıstanın paytaxtı Bişkekdə restoranlardan birində kütləvi zəhərlənmə baş verib. Zəhərlənmə nəticəsində 173 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 150 nəfəri paytaxtda, 23-ü isə regionlarda müalicə olunur. Respublika Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, 89 nəfər İnfeksion xəstəxanaya, daha 11 nəfər İssık-Kul vilayət infeksion xəstəxanasına yerləşdirilib. Zəhərlənənlər arasında 19 uşağın olduğu bildirilir. Hazırda zəhərlənməyə səbəb olması ehtimal edilən qida nümunələri laborator müayinələrə cəlb olunub. (Trend)