Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsi və ya profilaktikası ilə bağlı son günlər yayılmış bəzi məlumatların yanlış olduğunu bəyan edib. Foodinfo.az day.az-a istinadən bildirir ki, ÜST-ün saytında yerləşdirilmiş materialda qeyd edilib ki, məsləhət görülən qaynar vanna qəbulu yoluxmadan qorumur. Bundan başqa, çox isti vanna qəbulu insanın orqanizmində fəsadlara yol aça bilər. ÜST, eyni zamanda, daha çox yayılmış başqa bir mifi alt-üst edib. Qeyd edilib ki, sarımsağın koronavirusla mübarizədə misilsiz rolu haqqında yayılmış xəbərlər yanlışdır. Belə ki, yeni koronavirusun cari epidemiyası dövründə profilaktik tədbir olaraq sarımsaqdan istifadə heç bir müsbət nəticə verməyib. Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 150-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 160 mini, ölənlərin sayı isə 6 mini keçib.