ABŞ-ın Cənubi Karolina ştatından olan sakini Çarlston şəhərindəki mağazalardan birində alış-veriş edib və 10 dollar pulu qalıb. Bu pulla o, lotereya bileti almağa qərar verib.
İş yerinə gələn şəxs biletdən qoruyucu təbəqəsini silib və məlum olub ki, bu qərar ona 300 min dollar qazandırıb.
Qalib gələn şəxs pulu xərcləməyə tələsmədiyini və hələlik bankda mühafizə edəcəyini bildirib.
Fərid