Axşam saatlarında qəbul edilən ağır yeməklər yuxu keyfiyyətinə və maddələr mübadiləsinə mənfi təsir edə bilər. Foodinfo.az bildirir ki, Parisdə fəaliyyət göstərən diyetoloq Marion Kaplan bu məsələyə diqqət çəkib. Onun fikrincə, axşam yeməyi saat 18:00–20:00 arası qəbul edilməli və tərkibi yüngül olmalıdır.

Kaplan izah edir ki, zülal və tərəvəz əsaslı yeməklər bədəni həm tox saxlayır, həm də yuxu öncəsi orqanizmin yükünü azaltmış olur. Ağır karbohidratlar isə insulin səviyyəsini artıraraq bədənin gecə istirahətinə keçməsinə mane ola bilər. Kaplan həmçinin vurğulayıb ki, yuxudan 2 saat əvvəl yeyilən son qida daha balanslı rejim yaradır.

Mütəxəssis yüngül şorbalar, qaynadılmış tərəvəz və bir az qoz-fındıqla axşam menyusunun formalaşdırılmasını tövsiyə edir. "Bədən gecə boyunca regenerasiya prosesinə girir və bu zaman həddindən artıq həzm yükü sistemin işini pozur", – deyə o bildirib. Kaplanın fikirləri Santé Magazine jurnalında geniş şəkildə yer alıb.