Bir çox ölkələrdə günəş ya batmır ya da doğmur.
Foodinfo.az Lent.az-a istinadən həmin ölkələri təqdim edir:
İslandiyada mayın 10-dan iyulun sonunadək günəş batmır.
Norveç
Gecəyarısı Günəşi ölkəsi kimi də tanınan Norveç 76 gün ərzində qürub görmür. Parlaq günəş işığı gündə təxminən 20 saat bütün ərazini əhatə edir. Aprelin 10-dan avqustun 23-dək Avropanın ən şimal yaşayış məntəqəsi olan Norveçin Svalbard şəhərində günəş fasiləsiz olaraq parlayır.
Borrov, Alyaska
Alyaskada günəş mayın sonundan iyulun sonunadək heç vaxt batmır.
İsveç
İsveçdə ilin yarısı həmişə gündüz olur. Mayın əvvəlindən avqustun sonuna qədər günəş gecə yarısı batır və səhər dörddə yenidən çıxır.
Finlandiya
Minlərlə göl və adalar ölkəsi olan Finlandiyanın əksər bölgələrində günəş 73 gün batmır. Nəticədə bu bölgələrdə insanlar daim günəş işığına məruz qaldıqları üçün yayda az, qışda isə daha çox yatırlar.
Nunavut, Kanada
Nunavut Kanadanın şimal-qərb bölgəsində yerləşir və təxminən iki ay fasiləsiz günəş işığı alır. Amma qışda bu bölgədə bir ay günəş çıxmır.