Yatmazdan öncə süd məhsulları və şirniyyat yemək yuxuda kabus görməyinizə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” nəşri ekspertlərə istinadən yazır.
Britaniya həkimləri gecələr xüsusilə şokolad və peçenye kimi şirniyyatlardan imtina etməyi təkidlə məsləhət görürlər. Bu qidalar bədən istiliyini artırır və yuxu rejimini pozur.
Doktor Çarlz Beyin fikrincə, orqanizm yeməkləri aktiv şəkildə həzm etməklə məşğuldursa, insanın gecə yarısı oyanma ehtimalı yüksəkdir və yuxuları daha qorxulu olur.
Yatmazdan əvvəl yemək daha çox yuxu görməyə də səbəb ola bilər, çünki gecə atışdırmaları maddələr mübadiləsini və bədən temperaturunu yüksəldir.
Nurlan