Düzgün hazırlanmış kefir, demək olar ki, karbohidratsızdır, insulin və şəkər səviyyəsini artırmır.  

Foodinfo.az xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt və diyetoloq Yelena Tixomirova  "İzvestiya"ya müsahibəsində gecə vaxtı kefir içməyin zərərləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, normal bədən çəkisi olan insan yatmazdan əvvəl sağlamlığına zərər vermədən yağlılığı 2,5% olan kefir içə bilər. Lakin piylənmə və diabetdən əziyyət çəkənlər  yatmazdan əvvəl bu içkidən çəkinməlidirlər.

“Adətən belə insanlar qidanlanmalarına diqqət etmirlər və gün ərzində çoxlu miqdarda kalori qəbul edirlər. Bu halda gecə içilən kefir rasionun ümumi yüksək kalorililiyini artırır və artıq çəkiyə səbəb olur", - deyə diyetoloq izah edib.

Daha öncə qastroenteroloq, diyetoloq Nuriya Dianova URA.RU-ya müsahibəsində qeyd etmişdi ki, həddən artıq kabab yemək insanda pankreatit və xolesistitinin yaranmasına səbəb ola bilər.

Nurlan