Limon və laym çox vaxt bir-birinə bənzəsə də, dad, tərkib və istifadə sahələrinə görə bir sıra fərqlərə malikdirlər.
Foodinfo.az bu iki meyvənin əsas fərqlərini təqdim edir:
1. Rəng və görünüş
– Limon sarı rəngdə, bir qədər iri və oval formadadır.
– Laym yaşıl rəngdə olur, daha kiçik və yuvarlaqdır.
2. Dad fərqi
– Limon turş, amma nisbətən yumşaq və ətirli dad verir.
– Laym daha kəskin, güclü turş və bir az acımtıl dada malikdir.
3. İstifadə sahələri
– Limon çay, desertlər, balıq yeməkləri, salat sousları və ev təbabətində geniş istifadə olunur.
– Laym əsasən kokteyllər, marinadlar, Meksika və Asiya mətbəxində istifadə edilir. Aromatı daha ekzotikdir.
4. Tərkib və qida dəyəri (Hər ikisi C vitamini ilə zəngindir)
– Limonda C vitamininin miqdarı bir qədər daha yüksəkdir.
– Laymda antioksidant və efir yağları daha çoxdur.
5. Ətir və qabıq
– Limon qabığı parlaq, daha qalındır.
– Laym qabığı daha incə və güclü aromalıdır.
6. Saxlama müddəti
– Limon daha uzun müddət xarab olmadan qala bilir.
– Laym daha tez yumşalır və xarab olur.






