Soçidə xəstəxanalardan birində cərrahlar yekaterinburqlu qadının əməliyyatı zamanı xəstənin bağırsaqlarında neştər unudublar. Bu, yalnız bir neçə aydan sonra ortaya çıxıb.
Bu barədə RenTV məlumat yayıb.
“Həkimlər xəstənin bağırsağında əməliyyat keçirib, içəridə əsas arteriya üzərində neştər qoyublar. Qadın Yekaterinburqa uçan zaman yerli həkimlər rentgen şəkil çəkdirib və dəhşətə gəliblər”, - mənbə bildirib.