Hindistanın Uttar-Pradeş ştatının Caypur şəhəri yaxınlığındakı kəndlərdən birində bir inək iki başlı dörd gözlü buzov dünyaya gətirib. Bu barədə Daily Mail məlumat yayıb.
Yeni doğulmuş buzovun başlarının ayrıldığı yerdə iki qulaq və bir ağız var. Bala ana südünü içə bilir və sağlamdır.
Alimlər bu bu halı polisefaliya adlandırırlar. Bu, müxtəlif heyvan növlərində, o cümlədən pişiklər, inəklər, keçilər, donuzlar, qoyunlar, siçanlar, quşlar və tısbağalarda, eləcə də insanlarda baş verə bilər.
Yerli sakinlər qeyri-adi buzovun görünüşünü Allahın möcüzəsi kimi qəbul etdilər. İkibaşlı buzovla bağlı xəbər ətrafa yayıldıqdan sonra qonşu rayon və kəndlərdən də insanlar bu heyvanı görməyə gəliblər.
Qeyd edək ki, Hindistanda inək müqəddəs sayılır. Onların kəsilməsi əksər hallarda qadağandır və onlar küçələrdə sərbəst gəzirlər.
Fərid