Ayağı silkələmək vərdişi əksər hallarda təhlükəsizdir və bədənin özünü tənzimləmə üsulu kimi çıxış edir. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, nevroloq Marianna Cikiyə bildirib ki, bu hərəkət stressi azaltmağa, diqqəti toplamağa və sadəcə əzələləri hərəkətə gətirməyə kömək edir.
Bəzi hallarda isə ayağı silkələmək “huzursuz ayaq sindromu”nun simptomu ola bilər. Belə hallarda, ayaqlarda narahatlıq hiss olunursa, mütləq nevroloqa müraciət etmək tövsiyə olunur.
Ekspert əlavə edir ki, ritmik ayaq hərəkətləri beyin fəaliyyətinin hiperaktiv zonalarını tənzimləməyə və fokuslanmağa kömək edə bilər. Yəni, əksər hallarda bu, sadəcə fizioloji və psixoloji bir özünü idarəetmə üsuludur, təhlükəli bir əlamət deyil.






