Böyük Britaniyadan olan yazıçı Co Mellen öz kəllə sümüyündə dəlik açdıqdan sonrakı təəssüratlarını bölüşüb.

Foodinfo.az xəbər verir ki, bu barədə "Daily Star" yazır.

Trepanasiya (müvafiq nahiyəyə çatmaq və ya boşluq yaratmaq üçün kəllə sümüyünün dəlilməsi) əməliyyatını həyata keçirən. Mellen bunun ona müsbət təsir göstərdiyini bildirib. O, prosedurdan sonra davamlı nirvana vəziyyətinə çatdığını deyib.

Mellen trepanasiyanın beynin "nəfəs almasına" imkan verdiyini və böyüklərə uşaqlıqdakı rahatlığı, azadlığı qaytardığını vurğulayıb.

Yazıçı qədim trepanasiya təcrübəsi haqqında 1960-cı illərdə hollandiyalı akademik Bart Hyuzdan eşidib. Mellen kəllə sümüyündə dəlik açmağa ilk dəfə 1969-cu ildə cəhd edib.

"O zaman mənim pulum yox idi və elektrik drel almağa imkanım çatmırdı, ona görə də tibbi alətlər mağazasından əl trepanatoru aldım", -  deyə yazıçı izah edib. Onun sözlərinə görə, bu, şərab şüşəsini içəridən açmağa çalışmağı xatırladırdı.

Bir il sonra Mellenin daha bir uğursuz cəhdi olub və yalnız iki il sonra elektrik drel aldıqda o, istədiyi nəticəyə çata bilib. Əməliyyat yarım saat davam edib və şiddətli qanaxma ilə müşayiət olunub, lakin Co nəticədən razıdır.

Mellen prosedurdan təxminən bir saat sonra özünü yüngül hiss etdiyini, sanki sinəsindən ağırlıq götürüldüyünü etiraf edir.

Yazıçı trepanasiyanın təsirini hələ də hiss etdiyini və riskli əməliyyata görə peşman olmadığını deyir.