Pişiklər ət yeyən canlılar olsa da onların da arabir ot yediyini müşahidə edə bilirik. Heyvanın bu davranışını izah edən bir neçə nəzəriyyə var.
Bəziləri hesab edir ki, pişilər otları yeyərək vitamin əldə etməyə çalışır..
Ot yeməyin vəhşi heyvanın instinktindən başqa bir şey olmadığı fərziyyəsinə də rast gəlmək olar.
Əvvəllər pişiklər öz yeməklərini təbiətdən alırdı. İndi isə mağazalardan hazır yeməklər yeyir. Bu vəziyyətdə ot müəyyən bir katalizator hesab olunur.
Nəhayət, ən açıq cavab budur ki, pişiklər otları dadına görə sevə bilər.
Fərid