
Probiotiklər faydalı bakteriyalar olaraq bağırsaq mikroflorasını tənzimləyir. Foodinfo.az bildirir ki, Harvard Health Publishing-in yaydığı araşdırmaya əsasən, probiotiklər immun hüceyrələrin aktivliyini artırır və orqanizmi infeksiyalara qarşı daha dayanıqlı edir.
Xüsusilə yoqurt, kefir, fermentləşdirilmiş kələm və miso şorbası probiotiklərlə zəngindir. Johns Hopkins Medicine qeyd edir ki, probiotik balans pozulduqda allergiyalar və dəridə iltihab artma riski yaranır. Gündə bir porsiya təbii probiotik qəbul etmək tövsiyə olunur.