 
	
“Kişi qripi” fenomeni — yəni kişilərin yüngül xəstəlikləri qadınlardan daha çətin keçirməsi — elmi əsaslara malikdir. Foodinfo.az psixoloq Nadejda Semyonova-Bryullovaya istinadla xəbər verir ki, bu fərq biologiyada köklənmişdir.
Mütəxəssisin izahına görə, qədim dövrlərdə ovçu kişi xəstələndikdə hərəkətini dayandırmalı idi ki, yırtıcıların hədəfi olmasın və həmkarlarını təhlükəyə atmasın. Qadınlar isə uşaq baxımı ilə məşğul olduğundan aktivliyi yalnız bir qədər azaltmaq kifayət edirdi. Bu səbəbdən kişilərdə xəstəliyə daha həssas reaksiya formalaşıb.
Psixoloq vurğulayıb ki, bu, manipulyasiya və ya fantaziya deyil, bioloji kökləri olan obyektiv tendensiyadır. Onun sözlərinə görə, buna qarşı mübarizə aparmaq mənasızdır, amma davranış strategiyasını dəyişmək faydalı ola bilər.
Semyonova-Bryullov tövsiyə edir ki, kişilərə “özünü topla” kimi tənqidlər etmək əvəzinə, praktik dəstək göstərilsin. Məsələn, onlara iki-üç saatlıq istirahət təklif etmək, çay və ya dərman gətirmək münasibətləri qorumağa və sağalmanı sürətləndirməyə kömək edir.
Psixoloq əlavə edib ki, kişilərin xəstəliklə bağlı şikayətlərinə inamla yanaşmaq — uşaq şikayətlərinə bənzər şəkildə qəbul etmək — onların tez bərpasına və ailədə harmoniyanın qorunmasına xidmət edir.
Belə yanaşma həm xəstənin rifahını artırır, həm də ailədaxili münasibətləri möhkəmləndirir.










































