Səhər oyanan kimi bir stəkan ilıq su içmək sağlam həyat tərzinin sadə, lakin effektiv üsullarından biridir. Foodinfo.az bildirir ki, bu vərdiş həzm sistemini oyadır və orqanizmin günə hazır olmasına kömək edir.

Amerikalı diyetoloq Gianna, New York Post-a açıqlamasında bildirib ki, səhərlər acqarına 32 unsiya (təxminən 950 ml) ilıq su içmək həzm sistemini stimullaşdırır və toksinlərin bədəndən atılmasına kömək edir. O, həmçinin suya limon suyu və ya alma sirkəsi əlavə etməyi tövsiyə edir ki, bu da əlavə faydalar təmin edir.

Bundan əlavə, Healthline nəşrinin məlumatına görə, ilıq su içmək mədə-bağırsaq sistemini rahatlaşdırır, qəbizliyi azaldır və bədəndəki toksinlərin atılmasını sürətləndirir .

Mütəxəssislər qeyd edirlər ki, bu sadə vərdiş gündəlik rifahınızı artırmaq üçün təsirli üsuldur.