Şirniyyat sənayesi əsrlər boyu inkişaf edərək bu gün milyardlarla dollar dövriyyəsi olan nəhəng bazara çevrilib. Vaxtilə yalnız varlılara əlçatan olan şirniyyatlar indi hər kəsin gündəlik həyatının bir hissəsidir. Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, bu sahədə fəaliyyət göstərən bəzi sahibkarlar dünyanın ən zəngin insanları sırasına daxil olublar.
Siyahının sonunda Uilyam Riqli dayanır. O, məşhur saqqız istehsalçısı kimi tanınır və şirkəti uzun illər bazarda lider olub. Daha sonra isə Axel Obervell gəlir – o, Avropada məşhur olan karamel və şirniyyat brendlərinin sahibi kimi böyük sərvət qazanıb.
Üçüncü yerdə Perfetti qardaşları qərarlaşıb. Onlar məşhur konfet və saqqız markaları ilə tanınan böyük bir şirkəti idarə edərək milyardlarla gəlir əldə ediblər. İkinci pillədə isə Michele Ferrero yer alır – onun yaratdığı şokolad imperiyası dünya bazarında böyük nüfuza malikdir və bir çox məşhur məhsulları əhatə edir.
Siyahının zirvəsində isə Mars ailəsi dayanır. Onların şirkəti dünyanın ən böyük şirniyyat istehsalçılarından biri hesab olunur və müxtəlif məşhur şokolad brendləri ilə tanınır. Bu ailənin illik gəlirləri milyardlarla dollarla ölçülür.
Beləliklə, şirniyyat sadəcə dadlı qida deyil, eyni zamanda nəhəng biznes sahəsidir və bu sahədə uğur qazananlar dünya iqtisadiyyatında mühüm rol oynayırlar.






