Bakı şəhəri Qala qəsəbəsi Zeytun Savxozu küçəsi 3 ünvanında N-Petrol yanacaq doldurma məntəqəsi ilə üzbəüz ölkədə tam yeni konseptdə fəaliyyət göstərən “Amart” şəbəkəsinin ilk mağazasının açılışı baş tutmuşdur. Tədbirdə Xəzər r-n İcra Hakimiyyətinin nümayəndələri, “Aqrar İnnovasiya və Təchizat Şirkətinin”, eləcə də tərəfdaş şirkətlərin rəhbər və işçi heyəti, həmçinin rayon ictimaiyyətinin üzvləri iştirak etmişlər.

Təntənəli açılışdan sonra “Amart” şəbəkəsinin rəhbəri qonalqara mağazada təqdim edilən məhsullar və xidmətlər, eləcə də yeni şəbəkənin özəllikləri barədə məlumat vermişdir.

Şirkət rəsmilərinin verdiyi məlumata görə, “Amart” bugünədək fəaliyyət göstərən mağaza şəbəkələrindən öz yeni konsepsiyası ilə fərqlənir. Belə ki, “Amart” mağazalarında inşaat, xırdavat və digər təsərrüfat malları ilə yanaşı həm də ailə təsərrüfatları və digər kənd təsərrüfatı subyektlərinin ehtiyaclarını tam şəkildə təmin edə biləcək aqrokimyəvi vasitələr, toxum və tinglər, suvarma və istixana sistemləri, heyvandarlıq texnikası, yemlər və yem əlavələri, eləcə də və s. vətəndaşlarımıza təqdim edilir. Ancaq “Amartın” fəaliyyəti bununla da məhdudlaşmır. Respublikamızın regionlarında açılacaq şəbəkənin orta və böyük ölçülü mağazalarında kənd təsərrüfatı ilə məşğul olan müştərilərə aqronom məsləhət xidmətləri, aqrar kreditlər, aqrotexniki vasitələrin satışı və s. xidmətlərin təşkili nəzərdə tutulur. Bununla da “Amart” öz müştərilərinə təsərrüfat ehtiyaclarını təmin edə bimələri üçün 360 dərəcə xidmət göstərməyi hədəfləyir.

Qeyd edək ki, “Amart” mağazalar şəbəkəsi “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə məxsusdur.