"Veysəloğlu" Şirkətlər Qrupunun tərəfdaşı ADA universitetinin təşəbbüsü ilə Şirkətlər qrupu əməkdaşları üçün “Gələcəyi Quran Lider” mövzusunda master klass keçirilib. Master klass beynəlxalq təlimçi, futirist - “Xpontential” qrupun təsisçisi və baş direktoru Tariq Qureishy tərəfindən verilib.

Qrupun liderlik modelinə əsasən hazırlanan bu master klass çərçivəsində gələcəkdə pərakəndə sektor, gələcək texnologiyalar, işlər və gələcəyin insanı kimi mövzulara toxunulub.  

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma proqramının rəhbəri Nərgiz İsmayılovanın iştirakı ilə həyata keçən tədbirdə Şirkətlər Qrupumuzun 30-dək əməkdaşı iştirak edib.

Qeyd edək ki, 150 nəfər liderimizin cəlb olundğu ADA universiteti tərəfindən keçirilən “Biznesin İdarə Edilməsi üzrə Kompleks Bacarıqların Gücləndirilməsi” proqramı 2023-cü ilin dekabr ayından davam edir.