Saatlı rayonu, Fətəlikənd kəndində fəaliyyət göstərən, Həsənov Budax İsmayıl oğluna məxsus süd qəbulu məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən edilib.

Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.

Belə ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, alət və avadanlıqlar üçün təchiz olunmuş yuma sahələrinin tələblərə uyğun təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi, qəbul sahəsində döşəmənin asan yuyulub təmizlənən materialla üzlənmədiyi, giriş hissədə dezinfeksiyaedici baryerin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.