Yeni il ilə əlaqədar olaraq supermarketlər şəbəkələrinin əksəriyyəti məhsullarının qiymətlərinə endirim ediblər. Foodinfo.az-ın xəbərinə görə, Fed.az saytı Yeni il münasibətilə məhsullarına endirim edən supermarketlər şəbəkələrində tətbiq edilən endirim faziləri ilə maraqlanıb. Gələn il 5 filial açılacaq – “Bolmart” Bakıda və regionlarda ümumi olaraq 10 filial şəbəkəsi olan “Bolmart”da yeni il ilə əlaqədar olaraq qida məhsulları 10%-dən 25%-dək endirimlə satılır. Kampaniya çərçivəsində hədiyyəli məhsullar da təqdim olunur. Marketlər şəbəkəsindən saytımıza bildirdilər ki, bu endirim kampaniyası yanvarın 3-nə qədər davam edəcək. Qeyri-qida məhsullarına da yaxın günlərdə endirim olunacağı gözlənilir. Şəbəkədən verilən məlumata görə, gələn il “Bolmart” daha 5 filialı fəaliyyətə başlayacaq. Yeni filialların açılışı yanvar və fevral aylarına nəzərdə tutulur. Endirimdən əlavə, hədiyyəli məhsullarda var – “BazarStore” “Bazarstore” supermarketlər şəbəkəsində isə qida və qeyri-qida məhsulları 10%-dən 30%-dək endirimlə satılır. Saytımıza bildirdilər ki, bu kampaniya yanvarın 2-nə qədər davam edəcək. Kampaniyaya hədiyyəli məhsullar da daxidir. Bu supermarketin Bakı və Sumqayıtda ümumi 20, regionlarda isə 6 filial şəbəkəsi fəaliyyət göstərir. 65%-dək endirim – “Araz” “Araz” supermarketlər şəbəkəsində isə Yeni il münasibətilə qida və qeyri-qida məhsullarına 20%-dən 65%-dək endirim edilir. Bu endirim kampaniyası “Araz” supermarketlər şəbəkəsinə aid “Araz”, “Spar” və “Favorit” marketlərində eyni şəkildə tətbiq olunur. Bu endirim kampaniyası dekabr ayının 31-nə qədər davam edəcək. 19 manata mobil telefon – “OBA” “OBA” supermarketlər şəbəkəsində də məhsullar yeni il münasibətilə endirimlə satılır. Belə ki, burada qida və qeyri-qida məhsullarına 10%-dən 19%-dək endirim olunur. Bu kampaniya da 31 dekabr tarixinə qədər davam edəcək. Endirimlər dekabrın 31-nə qədər davam edəcək – “Makromart” “Makromart” supermarketlər şəbəkəsində isə həm qida, həm də qeyri-qida məhsullarına eyni dərəcədə, 10%-dən 40%-dək endirim olunur. Bu endirim kampaniyası dekabrın 31-nə qədər davam edəcək. Qeyd edək ki, “Makromart”ın Bakıda 8, regionlarda da 8 olmaqla, ümumi 19 filialı fəaliyyət göstərir. Foodinfo.az