Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu hüquq istiqaməti üzrə müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. İşə qəbul üçün hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış və normayaratma sahəsində 1 il iş təcrübəsinə malik olan şəxslər müraciət edə bilərlər. Namizədlərdən özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Hüquqşünas" yazaraq 2023-cü il 1 mart tarixinədək [email protected] ünvanına göndərmək xahiş olunur.