Bakıda daha bir antisanitar şəraitdə daşınan "çörək" maşının mağazalara aparıldığı aşkar olunub. Bu barədə Foodinfo.az-a məlumat verən jurnalist-fotoqraf Rüstəm Fərman İsmayıl bildirib ki, bu gün səhər saatlarında 20 yanvar metro stansiyası tərəfdən üzü Sumqayıt tərəfə gedərkən qırmızı rəngli Vaz 2106 avtomobilin içi dolu çörəklə aparıldığını müşahidə edib. Ekspertlər deyir ki, çörəyin daşındığı bu qablar gigiyena qaydalarına görə üstü açıq ərazidə saxlanılmamalı, hər gün kimyəvi məhlulun qarışdırıldığı su ilə (ən azından adi su ilə) yuyulmalıdır. Fotolarda isə görünən odur ki, bu qablara gigiyenik qaydalara uyğun olmayan münasibət bəslənilir. Rustem Farman Ismayilov adlı şəxsin şəkli. Rustem Farman Ismayilov adlı şəxsin şəkli.Rustem Farman Ismayilov adlı şəxsin şəkli. Rustem Farman Ismayilov adlı şəxsin şəkli.