Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ən çox istehsal tarixi dəyişdirilən qida məhsullarının növlərini açıqlayıb. Foodinfo.az xəbər verir ki, Agentlik sədri aparılan araşdırmalar nəticəsində ən çox istehsal tarixi dəyişdirilən süd və süd məhsulları, həmçinin qənnadı məhsullarının olduğunu deyib.
O bildirib ki, həmin məhsulların son istifadə tarixlərinə müdaxilələr aşkarlanıb: "Son olaraq Yeni il öncəsi uşaqlar üçün nəzərdə tutulan karamel məhsullarının istifadə müddətinin dəyişdirilməsi aşkarlanmışdı".