Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət formaları planlı və plandankənar yoxlamalardan, eləcə də monitorinqlərdən ibarətdir.
Foodinfo.az xəbər verir ki, planlı yoxlamalar ölkə üzrə aparılmış təhlillərə dair tərtib edilmiş illik yoxlama planı üzrə həyata keçirilir. Plandankənar yoxlamalar istehlakçıların şikayətləri, zəhərlənmə halları, KİV-də yayımlanan məlumatlar əsasında aparılır. Monitorinqlər isə ölkə üzrə baytarlıq, fitosanitar və qida təhülkəsizliyi vəziyyətinin öyrənilməsi üçün həyata keçirilir.
AQTA tərəfindən qida zəncirinə nəzarət ilkin istehsal, istehsal, emal, dövriyyə, utilizasiya və məhvedilmə üzrə həyata keçirilir. Nəzarət risk əsaslı yanaşma əsasında aparılır. Baytarlıq, fitosanitar, qida təhlükəsizliyi qida zənciri boyunca həyata keçirilən nəzarət tədbirləridir. Nəzarət yaxa kameraları, yoxlama çantası və planşetlərdən istifadə etməklə həyata keçirilir.