Dünya ərzaq qiymətləri bu il ilk dəfə aprel ayında artaraq, Rusiyanın Ukraynanı işğal etdiyi 2022-ci ilin martında qeydə alınan rekord səviyyədən 20 faiz yuxarı qalxıb.
Foodinfo.az xəbəbr verir ki, taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi aprel ayında yenidən işlənmiş 126,5-dən 127,2-yə yüksəlib.
Mart ayı ərzaq qiymətləri indeksi daha əvvəl 126,9 olaraq açıqlanmışdı.