"Aparılan baytarlıq nəzarəti tədbirləri nəticəsində zoonoz xəstəliklərə yoluxan heyvanların ümumi heyvan sayında payı 2018-ci illə müqayisədə 2022-ci ildə 5 faizdən 2,3 faizə qədər azalıb".
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2023" və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" sərgisində çıxışı zamanı deyib.
O qeyd edib ki, heyvan sağlamlığının təmin edilməsi üçün heyvanların identifikasiyası və qeydiyyatı sistemi formalaşdırılıb: "Bu mərhələli şəkildə həyata keçirilir. Heyvan kəsiminin tənzimlənməsi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 16-dan 106-ya çatdırılıb".
Q.Təhməzli Azərbaycan məhsullarının xaricə icracına da toxunub:
"Türkiyəyə nodulyar dermatit xəstəliyi ilə bağlı heyvan və heyvan mənşəli məhsulların ixracı, Qazaxıstana atların manqo xəstəliyi ilə bağlı at ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər 2021-ci il tarixdən aradan qaldırılıb", - vurğulayıb.