Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən, Məmmədov Ramiz Qəzənfər oğluna məxsus “Ağdam” şadlıq evində yoxlama keçirib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Baxış zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.






