Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərən, Əkbərov Nizami Qudrət oğluna məxsus ət satışı mağazasında yoxlama keçirib.
Bu barədə Foodinfo.az- Agentlikdən məlumat verilib.
Baxış zamanı mağazada texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, mağazada işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.






