“Qida mifləri” – gündəlik həyat tərzində tez-tez eşitdilən, lakin əksəriyyəti elmi əsaslara söykənməyən inancların doğru tərəfini üzə çıxaran maarifləndirici rubrikadır. Bu rubrikada qidalarla bağlı formalaşmış yanlış təsəvvürlərə aydınlıq gətirilir, mif və həqiqət arasındakı fərq mütəxəssis yanaşması ilə oxuculara təqdim edilir.
Foodinfo.az-ın məlumatına görə, bu dəfəki buraxlışda tərəvəzlər çiy yoxsa bişmiş halda faydalıdır sualına cavab verilib.
Bəzi tərəvəzlər bişirildikdə daha yaxşı mənimsənilir. Pomidorun həzmi asanlaşır, yerkökü və balqabaqda A vitamininin sorulması artır, ispanaq və kələm kimi yarpaqlı tərəvəzlərdə isə kalsium və dəmir daha effektiv mənimsənilir. Çiy tərəvəzlər isə C vitamini və fol turşusunun qorunması baxımından üstünlük təşkil edir.
Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.






