Qəhvə dünyanın ən çox istehlak edilən içkilərindən biri olaraq qalır və onun sağlamlığa təsiri ilə bağlı araşdırmalar davam edir. Son nəticələr göstərir ki, qəhvənin nə vaxt və necə içilməsi onun orqanizmə təsirini əhəmiyyətli dərəcədə dəyişə bilər və düzgün yanaşma faydaları maksimuma çatdırır.
Foodinfo.az “BBC Health” bölməsinə istinadla xəbər verir ki, qidalanma üzrə mütəxəssis doktor Helen Bond bildirib ki, qəhvənin səhər oyanan kimi deyil, oyandıqdan təxminən 1 saat sonra içilməsi daha məqsədəuyğundur. Onun sözlərinə görə, bu yanaşma orqanizmin təbii kortizol səviyyəsinin sabitləşməsinə imkan verir və kofeinin təsirini daha effektiv edir.
Mütəxəssis əlavə edib ki, qəhvənin şəkərsiz və minimal əlavələrlə qəbulu daha sağlam seçim hesab olunur, çünki əlavə şəkər və yüksək kalorili siroplar onun faydasını azalda bilər. Həmçinin gün ərzində 2-3 fincandan artıq qəhvə istehlak etməmək, yuxu rejimini pozmamaq və sinir sisteminə əlavə yük yaratmamaq baxımından vacib sayılır.






