
Yüksək şəkərli qidalar və içkilər müasir qidalanmanın əsas problemlərindən biridir. Şəkər, bədənin enerji mənbəyi olsa da, artıq qəbul edildikdə çoxlu sağlamlıq problemlərinə yol açır.
Foodinfo.az xəbər verir ki, çox şəkərli qidaların müntəzəm istifadəsi, insulin müqavimətini artırır və şəkərli diabet riskini yüksəldir. Eyni zamanda, şəkərli qidalar qarın bölgəsində yağ toplanmasına səbəb olur. Şəkərin həmçinin ürək-damar xəstəliklərinə, yüksək qan təzyiqinə və xroniki iltihablarla əlaqəsi vardır. Şəkərin beynə təsiri, asılılıq yaradır və buna görə də şəkərli məhsulların istehlakını tədricən azaltmaq vacibdir.
Şəkərli içkilərin yüksək kalori dəyəri var və onlardan imtina etmək çox vacibdir. Şəkərli içkilərdən daha sağlam alternativlər arasında təbii su, ağ və ya yaşıl çaylar yer alır. Meyvə suyu istehlakını minimal saxlamaq və yalnız təbii şəkərdən istifadə etmək ən yaxşı yoldur. Həmçinin, şəkərli qidalara əlavə olaraq, liflə zəngin tərəvəzlər və taxıllar da istehlak edilməlidir. Alternativlər tapmaq, sağlam və balanslı qidalanmanın bir hissəsidir. Şəkərsiz qidalanma, yalnız sağlamlıq üçün deyil, həm də bədənə müsbət təsir edir.