Yaşıl kartof yemək zəhərlənməyə səbəb ola bilər. Bu barədə “Moskva 24” telekanalına müsahibəsində ümumi praktikant, dietoloq, tibb elmləri doktoru Marqarita Koroleva xəbərdarlıq edib.

Günəş altında yatan kartof, bir qayda olaraq, rəngini dəyişib yaşıllaşır. Bu, onun tərkibində solanin adlı zəhərli maddənin əmələ gəlməsi ilə bağlıdır.

Heç bir halda solanin ilə yaşıl kartof yeməməlisiniz. Çox təhlükəlidir.

Mütəxəssislər həmçinin kök yumrularının yaşıllaşmaması üçün qaranlıq yerdə saxlamağı tövsiyə edir.

Nurlan